"İnter" "Qarabağ"la matça ciddi itkilərlə çıxacaq

"İnter" Premyer Liqanın 14-cü turu çərçivəsində səfərdə "Qarabağ"ın qonağı olacaq.

Newsport.az-ın məlumatına  görə, "bankirlər" ilin son matçına ciddi itkilərlə çıxacaq. Belə ki, vacib qarşılaşmada paytaxt təmsilçisinin 4 aparıcı futbolçusu komandasına kömək edə biləməyəcək.

13-cü turda "Zirə"ylə matçda qırmızı vərəqəylə cəzalandırılan Adrian Skarlatake Ağdam təmsilçisinə qarşı oynamayacaq. Bundan başqa sarı vərəqə limitini dolduran İlkin Qırtımov, Pərdis Fərcad Azad və qapıçı Səlahət Ağayev liderlə oyunda meydanda ola bilməyəcək.

Qeyd edək ki, "Qarabağ" - "İnter" qarşılaşması sabah saat 17:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right