“Neftçi” – AZAL oyununun yeri dəyişdirildi

Premyer Liqasının XIV turunun “Neftçi” – AZAL oyununun  məkanı dəyişdirilib.
Newsport.az-ın məlumatına görə, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, 8-ci kilometr qəsəbə stadionunda deyil, “Dalğa Arena”da keçiriləcək.

Buna səbəb 8-ci kilometr qəsəbə stadionunun ot örtüyünün yağan qar səbəbindən yararsız hala düşməsidir.

Odur ki, Peşəkar Futbol Liqası “Neftçi” klubunun xahişinə əsasən “Neftçi” – AZAL matçının “Dalğa Arena”da keçirilməsinə razılıq verib. Qarşılaşma sabah saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right