"Kəpəz"dən azarkeşlərə müraciət

Məlum olduğu ki, Topaz Premyer Liqasının 14-cü turunun “Kəpəz” – “Qəbələ” oyununun yeri dəyişdirilib.

 

Newsport.az xəbər verir ki, bununla əlaqədar Gəncə klubu azarkeşlərinə müraciət ünvanlayıb.  

 

Müraciətdə bildirilir: “Kəpəz” – “Qəbələ” oyunu üçün bir neçə gün öncə satışa çıxarılmış biletlərin müəyyən qismi artıq azarkeşlər tərəfindən alınıb. ”Kəpəz” PFK əvvəlcədən bilet alan azarkeşləri narahat olmamağa çağırır və bildirir ki, həmin biletlər Azərbaycan kubokunun ¼ final mərhələsinin “Kəpəz” – “İnter” komandaları arasındakı cavab oyunu üçün keçərli olacaq.  Bilet alan hər bir azarkeşdən bunu nəzərə almalarını xahiş edirik". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right