Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Newsport.az-ın məlumatına görə, keçirilən iclasda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş vermiş intizamsızlığa baxılıb.
Komitə "Qəbələ" - AZAL matçında birinciləri meydan sahiblərinin azarkeşlərinin qonaqlarının futbolçusu İlqar Ələkbərova atdığı yumurtaya görə cəzalandırıb. İK-in qərarına əsasən "qırmızı-qaralar" 1600 manat cərimə olunub.
Bundan başqa “Zirə” – “Neftçi” matçının 30-cu dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olnub.