Samir Məsimov Qazaxıstan klubunda

Sloveniyanın "Domjale" klubunda çıxış edən Samir Mənsimov bu komandadan ayrılacaq.

Newsport.az-ın məlumatına görə, heyətə düşməkdə çətinlik futbolçu qış fasiləsində komandanı tərk edəcək.

Əldə etdiyimiz məlumata əsasən 21 yaşlılardan ibarət milli komandamızın sabiq üzvü karyerasını Qazaxıstanda davam etdirəcək. Belə ki, gənc yarımmüdafiəçi bu ölkənin "Okjeptes" klubuyla razılıq əldə edib.

Qeyd edək ki, Samir Məsimov "Domjale"yə bu ilin yanvar ayında "Neftçi"dən transfer olunmuşdu.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right