Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "İnter" öz meydanında Gəncənin "Kəpəz" klubunu qəbul edəcək.
Newsport.az-ın məlumatına görə, sözügedən oyun üçün hazırlıqlarını davam etdirən bakılıların heyətində itkilər var. Belə ki, gənc futbolçular - Abbas Hüsenovla Mirsahib Abbasov "sarı göylər"lə matçda iştirak edə bilməyəcəklər. Buna hər iki futbolçunun xəstələnməsi səbəb olub.
Qeyd edək "İnter" - "Kəpəz" matçı sabah keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.