"Qəbələ" Türkiyəyə yollanır

Qış fasiləsində təlim-məşq toplanışı üçün ölkə xaricinə üz tutacaq daha bir klubumuzun adına aydınlıq gəlib.

 

Newsport.az xəbər verir ki, "Qəbələ" əvvəlki illərdə olduğu kimi, bu dəfə də ölkə xaricinə üz tutacaq. "Qırmızı-qaralar" Türkiyənin Antalya şəhərini seçib. Əyalət təmsilçisi "Gloria Hotel"də məskunlaşacaq.


Əldə etdiyimiz məlumata görə, hazırlığa yanvarın 9-da start veriləcək. Hazırlıq prosesi ayın 25-də yekunlaşdırılacaq. Komandanın baş məşqçisi Roman Qriqorçuk bu müddət ərzində bir neçə yoxlama görüşündə yetirmələrini sınamaq niyyətindədi. Ancaq hələlik rəqiblər müəyyənləşdirilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right