DİN “Qarabağ”ın futbolçusunun törətdiyi qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) "Qarabağ"ın qapıçısı Emil Balayevin törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb. 
 
 
Newsport.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda bunlar qeyd olunub:
 
"Dekabrın 7-də saat 16 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Emil Babayevin idarə etdiyi "BMW" və Əbdülbağı Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə Bağırov və sərnişinləri, arvadı Günel və oğlu Xalid xəstəxanaya yerləşdiriliblər. Xalid orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
 
Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır".




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right