Bu azərbaycanlı uşaqlar Mançesterə gedəcəklər

5 azərbaycanlı uşaq “Mançester Yunayted” futbol klubuna göndəriləcək.

Newsport.az xəbər verir ki , bu barədə “Mançester Yunayted” dördüncü Yay Futbol Məktəbinin qalibləri ilə keçirilən görüşdə məlumat verilib. 10-15 dekabr tarixləri arasında baş tutacaq İngiltərə səfəri zamanı gənc futbolçular “Mançester Yunayted” klubu ilə tanış olacaq və klubun oyununu izləyəcəklər. Səfərlə əlaqəli xərclər “Bakcell” tərəfindən qarşılanacaq.

“Mançestr Yunayted” Yay Futbol Məktəbinin məşqçisi Mik Bennett “Mançester Yunanyted”in Əbu-Dabi, Yaponiya, Honq-Konq və başqa ölkələrdə layihələr həyata keçirdiyini qeyd edərək, Azərbaycanda reallaşdırılan layihənin özünəməxsusluğunu vurğulayıb:

“İnanıram ki, bu səfər uşaqlar üçün gözəl təəssüratlarla zəngin olacaq”.

Uşaqların seçiminə gəlincə, Bennett balaca futbolçuların yalnız fiziki və texniki hazırlıqlarına deyil, həmçinin yoldaşları ilə davranışlarına, rəqabət aparmaq bacarıqlarına da qiymət verildiyini bildirib:

“Biz təkcə texniki göstəriciləri deyil, həmçinin futbolçuların bir-birinə hörmət etmələrini dəyərləndiririk”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right