"Qarabağ" - "Fiorentina" matçına nə qədər bilet satılıb?

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" qrup mərhələsinin sonuncu turunda İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək. 

 

Newsport.az xəbər verir ki, sabah baş tutacaq oyun üçün satılan biletlərin sayı bəlli olub. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız məlumata görə, hazırda 11 min bilet satılıb.
 
Matçın keçirilməsinə 1 gün qaldığını nəzərə alsaq, oyun saatına qədər bütün biletlərin satılacağını söyləmək olar.
 
Qeyd edək ki, sabah baş tutacaq "Qarabağ" - "Fiorentina" oyunu saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right