Xorvatiyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Newsport.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Xorvatiyanın “Umag Mladost” klubunun U-17 komandası ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qalib gəlib. Qolları Fərid Nəbiyev və Qara Qarayev vurub.