AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkilatçılığı ilə idman jurnalistləri arasında təşkil edilən “MEDİA turniri”nin yarımfinal oyunları dekabrın 6-da, Bakı Olimpiya Stadionunun ərazisindəki mini-futbol meydançasında keçiriləcək.
Qeyd edək ki, yarımfinal, eləcə də 3-cü yer uğrunda və final oyununda qalib əsas vaxtda müəyyənləşməzsə, birbaşa penaltilər seriyasına keçiləcək. Hər komanda 5 penalti zərbəsindən istifadə edəcək.
½ final
6 dekabr
20.00 CBC Sport – MX United
21.00 İnternasional – İdman Azərbaycan