Bombardirlər üçün uğurlu tur

Azərbaycan çempionatının ən yaxşı bombardirləri sırasında olan futbolçular üçün VIII tur uğurlu olub.

Rəşad Abdullayev AZAL, Vüqar Nadirov “Qarabağ”, Rauf Əliyev “Xəzər Lənkəran”ın heyətində fərqlənib.
 
Sonuncu qol sayını 36-ya çatdırıbsa, hesabında 40-dan artıq qol olan digərləri 50 və daha çox qol vuranların siyahısına daha da yaxınlaşıb. 

47-ci dəfə qol sevinci yaşayan Abdullayevi 32 nəfərlik siyahıdan cəmi 3 qol ayırır. Nadirov isə bunun üçün 9 qol vurmalıdır. Ümumiyyətlə hazırda Premyer Liqada çıxış edən 8 oyunçunun hesabında 30 və daha çox qol var.

1. Rəşad Abdullayev – 47

2. Viktor İqbekoyi – 43

3. Vüqar Nadirov – 41

4. Rauf Əliyev - 36

5. Baçana Sxadadze – 33

6-7. Əfran İsmayılov, Junior Nildo – 31

8. Flavinyo – 30





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right