Bu gün milli komandamızın və "İnter”in futbolçusu Ruslan Abışovun toyudur.
Newsport.az xəbər verir ki, hal-hazırda davam edən toyda zərb alətlərini ifa edənlər diqqəti cəlb edirlər. Belə ki, onlar Abışovun formasını geyindiyi klubların futbolkası ilə yerlərini alıblar.
Qeyd edək ki, Abışov karyerası ərzində "Neftçi”, "Xəzər Lənkəran”, "Rubin” və "Qəbələ” kimi klublarda çıxış edib.