Qurban Qurbanov: "Futbolçular meydanda bunu hiss etdirmədilər"

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsndə keçirilkən "Qarabağ" - "Səbail" matçı meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az xəbər verir ki, qarşılaşmadan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov böyükhesbalı qələbəni şərh edib.

- Düşünürəm ki, normal oynadıq. Düzdür, ikinci hissədə rəqib bir qədər mübarizə apara bilmədi. Amma ilk hissədə çətinlik çəkdik. “Səbail” komadasına uğurlar arzu edirik.

- Matçın Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilməsinə nə mane oldu?

- Belə bir fikrimiz var idi. Hava şəraiti də uyğun deyildi. Həm də stadionun öt örtüyünə baxanlar bildirdi ki, meydança korlana bilər. Bu səbəbdən də risk etmədik. Amma çox istəyirdik ki, “Fiorentina” ilə oyunöncəsi orada oynayaq.

- Sizcə, futbolçularınız "Səbail"lə oyunda da "Fiorentina" ilə matçı fikirləşirdi?

- İstəyirdim ki, futbolçular ancaq bu oyuna köklənsinlər. Amma düşüncələrimiz az da olsa, o oyunda idi. Düzdür, futbolçular meydanda bunu hiss etdirmədilər. O oyuna fərqli hazırlaşacağıq. Vacib olan odu ki, futbolçular lazımı formada qalsınlar.

- Növbəti mərhələsində "Sumqayıt"la qarşılaşacaqsız...

- Açığı, bu gün bir o qədər düşüncəmiz yoxdu. Amma "Sumqayıt"a qarşı oyunlarımız ağır olub. Fərqli sistemdə çıxış edirlər, istəklidirlər. Bu gündən etibarən "Fiorentina" ilə oyuna hazırlaşacağıq.
 
- Rəşad Sadıqovun son durumu necədi? 
- Həkimlərin son qərarından aslıdır. İcazə verməsələr, Rəşad oynamayacaq. 
 
- Futbolçularda belə inamsızlıq yoxdur ki, Rəşad oynamasa, qələbə qazanmayacağıq? 
- Belə deməzdim. Hamı bir kapitana öyrəşəndə, komanda yoldaşına təsir edir. Meydanda lider olanda, futbolçularda özünəinam hissi də olur. Hər aparıcı futbolçunun olmaması məşqçiyə problemlə yaradır. Hamı istəyir ki, Rəşad meydanda olsun. əsas da onun karyerasında görə. 

- Sonuncu dəfə nə zaman belə çətin seçim qarşısında olmusuz?

- Xatırlasam, çoxdur. Burada “Zalsburq”a qarşılaşmada bir neçə vacib futbolçunu itirmişdik. Admir Teli və Reynaldo qırmızı vərəqə aldı. Rəşad da zədəli idi. Səfər oyunu öncəsi itkilərimiz çox idi. Buna görə çətin duruma düşmüşdük.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right