Kamran Ağayev: "10, hətta 20 qol da buraxsaq, yenə o qapıda dayanacam"

Azərbaycan millisinin və "Qəbələ"nin əsas qapıçısı Kamran Ağayevin milli komandayla bağlı müsahibəsi:

- Berti Foqtsun istefası barədə nə deyə bilərsiz?

- Biz futbolçuyuq, belə eylərlə qarışmırıq. Azərbaycana gələndə çox adamdan incik oluram. Eləsi var, deyir, futbol oynamırıq, eləsi “sən neyniyəsən”, eləsi “kaş sən Azərbaycan kənarda doğulardın” deyir. Biz də bilirik ki, Azərbaycan millisinin qapısında dayanmaq çox çətindir. Hər oyunda da yaxşı oynamaq olmur. Daha o demək deyil ki, buna görə harasa getməliyəm. 10, hətta 20 qol da buraxsaq, yenə o qapıda dayanacam və azərbaycanlı olduğumla fəxr edirəm. Ac da olsam, tox da olsam, mən azərbaycanlıyam, bu, şərəfdir. Futbolda hər şey olur. Kim istəyir ki, belə olsun? Biz orda özümüzü yox, ölkəmizi, bayrağımızı təmsil edirik. Kənardan deyirlər, məşq etmirik, futbol oynamırıq, min cür söz deyirlər. Onlar ancaq 90 dəqiqəni görür. İl boyu çəkdiyimiz əziyyətdən xəbərləri olmur. Əzilirsən, zədələnirsən, min cür əziyyət olur. Buna da normal baxmaq lazımdı. Bu günə kimi biz səhv edirdik, hamı deyirdi, cavandılar, düzələr. Onlarıda başa düşürəm, indi 28 yaşım var, nəticə verməliyik. 22-23 yaşımda Almaniyaya böyük hesabla uduzanda başa düşmək olardı. İndi isə boynumuza düşəni edə bilmirik. Nə edə bilərik? Ancaq üzr istəyə bilərəm mən bu xalqdan.

- Baş məşqçi dəyişikliyindən danışmadın amma...

- Biz buna qarışmırıq. Klubda başqa sxemlə oynayırıq, millidə başqa. Məşqçi necə göstəriş verirsə, onu da edirik. Özüm bildiyim kimi, öz uşaqlarımızla öz aramızda futbol oynayırıq.

- Yeni məşqçinin yerli olmasın istərdin, yoxsa əcnəbi?

-  Deyəcəm, hərə bir yerə yozacaqlar. Ona görə də altı aydı mətbuatdan qaçıram. Sadəcə onu deyim ki, böyük komandalardan qorxmaq lazım deyil. İstəyir Ronaldo olsun, istər Özil, istərsə də Modriç. Hansı komandaya qarşı oynayırsansa, müdafiə olunmağa hücumdan başlamaq lazımdı. Yoxsa tapşırırsan ki, sən ancaq bununla oynamalısan, belə olmaz axı. Bu da məşqçinin öz fikridir, nə cür göstəriş verir, elə də oynayırıq.

- İndi millimizə ən real namizəd kimi Qurban Qurbanov göstərilir. Buna münasibətiniz necədir?

Milli komanda elə bir yerdi ki, bura ancaq ən yaxşılar cəlb olunur.Məşqçi də həmçinin. Milli bizim özəl yerimiz yoxdur. Bundan sonra da bizə nə desələr, onu edəcəyik.

Mərdan Həsənli





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right