“Şəmkir” keçmiş futbolçusu ilə anlaşdı – Bu dəfə məşqçi kimi

"Şəmkir” heyətini gücləndirməkdə davam edir.

Newsport.az-ın məlumatına görə, Premyer Liqaya çıxmaq üçün futbolçularla yanaşı, yeni məşqçilər də komandaya cəlb edilir. Artıq qərb təmsilçisi Mehman Yunusovla anlaşıb. Yunusov baş məşqçi Qəhrəman Əliyevin köməkçisi vəzifəsində çalışacaq.

Qeyd edək ki, Yunusov "Şəmkir”in həyətində 2 dəfə çempionluq yaşayıb. Onun son iş yeri "Qəbələ” Futbol Akademiyası olub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right