Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Şərurspor" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Elxan Abdullayev oyunla bağlı fikirlərini bildirib.
Bundan başqa "ağ-qaralar"ın çalışdırıcısı matçın son dəqiqəsində azarkeşlərlə komandanın kapitanı arasında baş verən hadisələrə aydınlıq gətirib.
"Aydın məsələdir ki, divizionun səviyyəsi Premyer Liqadan fərqlidir. Buna baxmayaraq "Şərurspor" böyük istəklə meydana çıxmışdı. Bu komanda xoşuma gəldi. Onlara uğurlar arzu edirəm. Bu qələbəyə çox sevinmək lazım deyil".
"90 dəqiqə ərzində bəzi azarkeşlər Arazı söyürdü. Mən onları heç azarkeş də saymıram. Azarkeş komandaya dəstək vermək üçün gəlir. Ola bilər oyunun sonlarında futbolçuda nəsə alınmasın. Amma bu azarkeşlər ilk dəqiqələrdən təhqir edirlər. Araz son saniyəyədək futbolda saxladım. Ona dəstək verirdim. Çalışacağım ki, o gələn dəfədən bu cür hadisələr olmasın. Əsəbləşəndə futbolçuda alınmır. Təzyiq olandan sonra özünü itirir. Özüm futbolçu olmuşam və bunu yaxşı bilirəm".
O, növbəti turdakı rəqiblərindən söz açıb: "Növbəti mərhələdə "Turan Tovuz" - "Zirə" cütünün qalibi ilə qarşılaşacağıq. Kim güclüdürsə, o da qalib gəlsin. Bizim üçün rəqibin fərqi yoxdur".