Rauf Əliyev: "Ruslanın toyunda daha yaxşı oynamağa çalışacam"

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"la qarşılaşan "İnter" rəqibini 5:1 hesabı ilə darmadağın edib. 
Newsport.az-ın məlumatına görə, qarşılaşmada iki qola imza atan "bankirlər"in hücumçusu Rauf Əliyev oyundan sonra əməkdaşımızın suallarını cavablandırıb.
 
"Qələbə qazandığımız üçün sevincliyik. Artıq "Kəpəz”lə oyun haqda düşünə bilərik. Düzü, "Qaradağ Lökbatan”ı bu hesabla məğlub edəcəyimizi gözləmirdim. Çünki rəqib yaxşı komandadı, birinci divizionda inamlı çıxış edirlər”.
 
- İki baxımlı qolla yadda qaldın. Çıxışın barədə nə deyə bilərsən?
- Məni məyus edən tez-tez zədə almağımdı. Düzəlirəm, formamı bərpa edirəm, yenidən zədələnirəm. Çalışacam ki, bundan sonra ciddi zədələr almayım. Vurduğum qollara gəlincə, düşünürəm ki, öz üzərimə düşəni etdim.
 
- Artıq zamanla əvvəlki Rauf Əliyevi görə bilirik. Legioner həyatı yaşamağı düşünmürsən?
- Ötən il 6 ay oynamadım və bu mənim karyerama pis təsir etdi. İndi isə əvvəlki Raufu qaytarmaq haqda düşünürəm. Bugünkü durumumdan narazı deyiləm. "İnter”də hər şey məni qane edir. Qismət necədirsə, elə də olacaq.
 
- Oyunun gedişində hakimlə zarafatlaşmağa da macal tapdın...
- Uzun müddətdi çempionatda oynayırıq, hakimləri tanıyırıq. Münasibətimiz olduğu üçün zarafat etdim.
 
- Yəqin ki, Ruslan Abışovun toyunda daha yaxşı oynayacaqsan?
- Əlbəttə. Görək də... Çalışacağıq ki, Ruslanın toyunda daha yaxşı oynayaq (gülür).
 
Futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right