"İlk hissәdә çox pis oynadıq. Amma ikinci hissәni yaxşı keçirdik. Düşündüklәrimizi etdik. İlk hissәdәki zәif oyunumuzun sәbәbini bilmirdik. Bilmirəm, bunun səbəbi nə idi, bəlkə də, motivasiya yüksək deyildi. Uşaqlar akademik cәhәtdәn daha üstün olduqlarını düşünürdülәr".
Newsport.az xəbər verir ki, bu sözlər Bakının "İnter" klubunun baş məşqçisi Zaur Svanadzeyə məxsusdu.
"İnter" Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qaradağ Lökbatan"ı böyükhesabla məğlub edib -5:1.
Oyundan sonra əməkdaşımızın suallarını cavablandıran Svanadze komandanın әks hücumlarda oynamasından danışıb: "Bunu "Qarabağ"la oyunun hazırlığı kimi düşünmürdük. Sadәcә matçın gedişindә belә alındı. Yәni özünüz dә gördünüz ki, daha çox hücumda olmağa çalışacağıq".
Gürcü mәşqçi tәlim-mәşq toplanışdan danışıb: "Türkiyәdә tәlim-mәşq toplanışı keçirməyi planlaşdırırıq. Amma tәәffüratlar bәlli deyil".
Futbol11.az