Premyer Liqanın 8-ci turunda “Bakı”nı qəbul edən “Xəzər Lənkəran” 4-0 hesablı qələbə qazandı.
Newsport.az-ın məlumatına görə, oyundan sonra qonaq komandanın çalışdırıcısı İbrahim Uzunca acı məğlubiyyəti şərh edib:
"Biz yaxşı oyun göstərmək arzusunda idik. İlk penaltidən sonra komandanın oyununda eniş oldu. İkinci hissədə isə toparlandıq. Əgər ilk penalti olmasaydı, hesab arasında fərq bu qədər böyük olmazdı.
Bu gün bizim rəqibimiz “Xəzər Lənkəran” deyildi. Düşünürəm ki, “Xəzər Lənkəran”ın belə penaltilərə ehtiyacı yoxdur. Mən futbolçularımın mübarizəsindən razıyam".