Millət vəkili: "Millinin başına Mahmud Qurbanovun gətirilməsinə sevindim"

Millət vəkili Fazil Mustafa Facebook səhifəsində Mahmud Qurbanovun Azərbaycan milli komandasının baş məşqçi postuna təyinatına münasibət bildirib.

 

Newsport.az həmin yazını təqdim edir:

"Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna Mahmud Qurbanovun gətirilməsinə sevindim. Azərbaycan futboluna xidmətləri olan, milli komanda təcrübəsi olan, təvazökar bir insandır. Onsuz da Azərbaycan millisi indiki şərtlərdə qarşısına yüksək nəticələr qoya bilməz. Əslində millidən umacağımız sabit oyun sisteminin qurulmasıdır. Milli çempionat güclü olmadığına, xaricdə güclü cempionatlarda sabit oynayan futbolçuların yoxluğuna, yerli futbolçuların fiziki hazırlığının zəif olmasına görə onsuz da lazımi səviyyədə milli komandanı formalaşdırmaq çox çətindir. Bununla belə, baş məşqçidə, digər məşqçilərdə ən azı Azərbaycan təəssübkeşliyi olmalıdır ki, bunu da futbolçulara aşlaya bilsinlər. Çünki öz ölkəsinin adına oynamaq futbolçuda ayrı bir qürur hissi olmasını tələb edir. Azərbaycanda tamaşaçı auditoriyasında, idman mediasında da anlayışlı münasibət olmadığı ciddi problemlərdən biridir. Baxın, məşqçi yeni təyin olunub, jurnalist sual verir ki, " yəqin ki, millidə qalıb işləməyinizin Norveçlə görüşdəki nəticədən asılı olduğunun fərqindəsiniz?" Demək ki, azərbaycanlı məşqçiyə bir oyundan o tərəfə beyinlərində fürsət tanımırlar. Foqsa 6 il dözüblər, azərbaycanlı məşqçiyə bir oyunluq tale müəyyənləşdirirlər. Uğursuzluq ola bilər, ancaq bütün hallarda yığmanın başında Azərbaycanlı məşqçi olmalıdır və bizlər də dəstək verməliyik ki, addım-addım uğurlu nəticələr və maraqlı oyun sistemi qura bilsin. Bütün hallarda AFFA rəhbərliyinin bu seçimini təqdir edirəm və Mahmud Qurbanova uğurlar arzulayıram".

Qeyd edək ki, Mahmud Qurbanov milli komandaya müvəqqəti baş məşqçi təyin olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right