"Qarabağ"ın futbolçusuna tərbiyəsiz hərəkətinə görə ağır cəza!

Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Qarabağ" - "Qəbələ" matçının artırılma dəqiqələrində xoşagəlməz anlar yaşanıb.
Newsport.az-ın məlumatına görə, meydan sahiblərinə qələbə qazandıran qoldan sonra meydana daxil olan ağdamlıların qapıçısı Şahrudin Məhəmmədəliyev qonaq komandanın üzvlərinə qeyri-etik jest edib.
Oyunu ehtiyat oyunçular skamyasından izləyən gənc qapıçının qeyri-etik jestindən "qırmızı-qaralar"ın futbolçuları əsəbləşib. Bundan sonra da qalmaqal yaşanıb. Daha sonra isə ağdamlıların zədəli olan kapitanı Rəşad Sadıqov Məhəmmədəliyevi meydandan çıxarıb.
Şahrudinin qeyri-etik jesti oyunun protokolunda da öz əksini tapıb. Şahrudinin qeyri-etik jesti matçın baş hakimi Rəhim Həsənovun diqqətindən yayınmayıb və oyundan sonra protokola qeyd edib. Bundan başqa AFFA nümayəndəsi Ramiz Məmmədov da qapıçının tərbiyəsizliyini İntizam Komitəsinə çatdıracaq. Belə olan halda "Qarabağ"ın qapıçısını ən azı 5 oyunluq cəza gözləyir.
 
Futbol11.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right