"İnter" təyyarə qəzasında ölən keçmiş futbolçusunu belə andı FOTOLAR

Kolumbiyada qəzaya uğrayan təyyarədəki “Şapekoense” klubunun futbolçularından birinin vaxtilə “İnter”in heyətində Azərbaycan Premyer Liqasında çıxış etmiş Filip Joze Maçado olduğunu xəbər vermişdik.

Mərhum futbolçu 2010/2011-ci il mövsümündə “İnter”in heyətində 9 oyun keçirib.

Newsport.az-ın məlumatıəna görə, "İnter" rəsmi “facebook” hesabında keçmiş futbolçusunun arxiv fotolarını yayıb və bunlar qeyd olunub:

"Bakı, 2010-ci il. 2010-2011 mövsümündə “İnter”in formasını geyinmiş Filipe Maçado Yeni il təqvimi üçün hazırlanan fotoçəkilişlərdə iştirak etmişdi. Təyyarə qəzasında onun da həlak olduğu bildirilir. Allah rəhmət eləsin!".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right