"İnter"in prezidenti: "Heç bir futbolçunu göndərməyəcəyik" MÜSAHİBƏ

Premyer Liqamızın 13-cü turu çərçivəsində "İnter" səfərdə "Zirə"nin qonağı olub.

Newsport.az-ın məlumatıəna görə, 1 - 1 hesablı heç-heçəylə başa çatan görüşdən sonra qonaqların prezidenti Rüfət Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqqında fikirləriniz?

- İstərdik ki, qalib gələk. Lakin bu, futboldur. Qırmızı vərəqədən sonra problemlər yaşadıq. Bir nəfər əskik oynamaq çətindir. "Zirə"yə uğurlar arzu edirəm, gözəl oyun oldu.

- Komandada hədəf dəyişməyib?

- Xeyr. Əlimizdən gələn hər şeyi edəcəyik, vuruşacağıq.

- Fasilədən sonra klubdan hansısa futbolçu göndəriləcək? 

- Xeyr, biz heyəti eyni saxlamaq fikrindəyik. Heç bir futbolçunu göndərməyəcəyik.

- Fasilədə təlim-məşq toplanışı olacaq?

- Bəli, yəqin ki, olacaq.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right