“Neftçi” Azərbaycan Premyer Liqanın 13-cü turunun “Kəpəz”ə qarşı Gəncədə keçirilən oyununda klubun nümayəndələrinin tribunadan qovulması ilə bağlı bəyanat yayıb.
Newsport.az-ın məlumatıəna görə, sənəddə Gəncə klubu çempionatın əsasnaməsinin şərtlərini pozmaqda günahlandırılıb.
İşin ən maraqlı tərəfi isə hələ oyundan bir neçə öncə, noyabrın 24-də “Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadə imzası ilə “Kəpəz”ə edilən müraciət olub. Bu müraciətdə Gəncə klubundan komandanın məşqi, klub rəsmiləri üçün “Sky box” və VİP sektorlarda yer ayrılması xahiş edilib. Qəribədir ki, bütün bu müraciətlər hələ bu ilin sentyabrında “Kəpəz”dən uşaqlaşdırılan icraçı direktor Mehman Allahverdiyevin adına ünvanlanıb.
Maraqlıdır ki, o boyda klubda nə həmin vaxt, nə də elə bu gün (həmin müraciət bu gün klubun saytı tərəfindən yayımlanıb) – M.Allahverdiyevin “Kəpəz”dən göndərildiyindən kimsənin xəbəri yoxdur.
Bu da 80 illik tarixi olan klubumuzun idarəetmə sistemi.
Kef edin!
