15 və 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millilərini kimin çalışdıracağına aydınlıq gəlib.
Newsport.az xəbər verir ki, hər iki yığma Vüqar Məmmədə həvalə olunub.
Əldə etdiyimiz özəl məlumata görə, AFFA rəhbərliyi bu barədə yekun qərarını verib. Bir müddət əvvəl U-17 millisində köməkçi məşqçi, daha sonra isə qısa zamanda baş məşqçi kimi fəaliyyət göstərən A kateqoriyalı gənc çalışdırıcı assosiasiya rəhbərliyinin etimadını qazanıb.
Qeyd edək ki, U-17 millimiz Mirbağır İsayevə, U-19 isə Təbriz Həsənova tapşırılıb. Yaşar Vahabzadə isə U-21 yığmamızın baş məşqçisidir.