Tounkaranın AZAL-a gəlişi dəqiqləşdi

"Xəzər Lənkəran”ın sabiq futbolçusu Sadio Tounkaranın paytaxtın AZAL klubuna qoşulacağı tarix müəyyənləşib.
 

Newsport.az-ın məlumatına görə, malili futbolçu sabah paytaxtda olacaq. Onun gecə saatlarında Bakıya gələcəyi gözlənilir.
 
Qeyd edək ki, futbolçunun bilet məsələsində problem yarandığı üçün, onun Bakıya gələcəyi tarix qeyri-müəyyən olaraq qalırdı. Hətta futbolçunun komandaya keçidi də gözlənilmirdi. Lakin klub rəhbərliyi futbolçunun bilet məsələsini son anda həll etməyi bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right