Avropa Liqasının V turu çərçivəsində keçirilən "Qəbələ" - "Anderlext" (1:3) matçında zədələnən Baqali Dabonun durumuna aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar"ın hücumçusu müalicə olunur.
Ayağında ağrılar hiss edən fransız forvard hələ ki, məşq etmir. Buna baxmayaraq, bizdə olan məlumata görə, Dabonun "Qarabağ"la oyunda iştirak etmə ehtimalı var.
Qeyd edək, "Qarabağ" - "Qəbələ" matçı noyabrın 29-da, saat 19:00-da keçiriləcək.