Premyer Liqamızda XIII turun oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq. 
 

Newsport.az-ın məlumatına görə, buna Gəncə futbolunun yetirməsi olan Şəhriyar Xəlilovun vəfat etməsi səbəb olub. Xəlilov bu gün 25 yaşında ürək tutmasından dünyasını dəyişib.
 

Qeyd edək ki, Xəlilov "Qarabağ", "Qəbələ" və "Xəzər Lənkəran"da çıxış etdiyi dövrdə tanınıb. Peşəkar karyerasını "Gəncə” klubunda başlayan futbolçu daha sonra "İnter”in əvəzedici heyətində və "Qarabağ”da oynayıb. "Xəzər Lənkəran”a keçməzdən əvvəl isə Şəhriyar "Turan” klubunun şərəfini qoruyub. O, "Gəncə”nin, "İnter”in və "Qarabağ”ın heyətində çempionluq titulunu qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right