Qara Qarayev: "Allaha and olsun ki, belə bir şey olmayıb" - MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu Qara Qarayevin Newsport.az saytına müsahibəsi.

- Berti Foqtsun istefası ilə bağlı sənin də düşüncələrini öyrənmək istəyərdim.

İstəməzdim ki, onun haqqında nəisə danışım. O, bizim məşqçimiz olub. Futbolçu adına yaraşmaz onun haqqında pis bir şey danışaq. Sağ olsun ki, məni milliyə dəvət etdi. Qərarı rəhbərlik verib və buna hörmətlə yanaşırıq.

- Səncə, millinin məşqçisi yerli olsa daha yaxşı olar, yoxsa əcnəbi?

Mən yerli məşqçi istəyərdim. Çünki yerli məşqçi yerli futbolçuların xarakterini yaxşı bilir.

- Qurban Qurbanovun adı hallanır...

Vallah, nə deyə bilərəm ki...

- Osiyekdə alınan acı məğlubiyyəti bəziləri "torba tikmək" kimi qələmə verdi. Sən nə deyərdin bu haqda?

Allaha and olsun ki, belə bir şey olmayıb. Sadəcə İtaliyada çox yorulmuşduq və Xorvatiyada oynaya bilmədik. Biz dünyanın ən güclü komandalarından ikisinə qarşı 3 gün içərisində oynadıq. Səhvlərimiz də oldu... Ona görə belə alındı.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right