“Oyunun ilk hissəsinə yaxşı başladıq. İkinci hissədə rəqib daha çox üstünlüyünü ortaya qoydu və komandamızda yorğunluq yarandı. Şanslardan istifadə edə bilmədik, nəticədə məğlubiyyətlə üzləşdik.”
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Baqali Dabo Avropa Liqasının qrup mərhələsinin V turunda "Anderlext"ə 1:3 hesablı məğlubiyyətdən sonra deyib.
Oyun zamanı topuğundan zədə alan fransalı hücumçu durumunun ciddi olduğunu bildirib:
“Aldığım zədə ciddidir. “Qarabağ”la matçı buraxacam. Ən azı iki-üç həftə meydana çıxa bilməyəcəm”.