“Komandamız “sındı” – Tahir Gözəl

"Düşünürəm ki, qapımıza təyin edilən penaltidən sonra komandamız "sındı” və bundan sonra özümüzü yığışdıra bilmədik. Newsport.az xəbər verir ki, bu sözlər "Qarabağ”ın prezidneti Tahir Gözələ məxsusdu.
 
Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə Çexiyanın "Slovan” klubuna 3:0 hesabı ilə məğlub olub. Oyundan sonra Çexiyaya ezam olunmuş əməkdaşımıza açıqlama verən klub prezidenti komandasının çox zəif oynadığını deyib: "Bu gün ən yaxşı "Qarabağ”ı görmədim. Penalti ruhumuzu sındırdı. Məncə, rəqibin qələbə qazanması təsadüfi deyildi, bizdən gözəl oynadılar. Rəqib daha çox  qaçdı, daha çox əziyyət çəkdi. "Qarabağ” da əlindən gələni etdi, amma alınmadı”.
 
Tahir Gözəl "Qarabağ”ın qrup mərhələsinin son turunda "Fiorentina”nı məğlub etmək gücündə olduğunu vurğulayıb: "Bilirəm, "Fiorentina” da PAOK-a məğlub olub. İtalyanları Bakıda mütləq məğlub etməliyik. "Slovan”la oyunda qələbə qazanmadığımız üçün, çətin olacaq. Amma ümidimiz var, "Qarabağ”ımıza inanırıq, həmişə komandanın arxasındayıq. Sona qədər oynamalıyıq”.

 

MƏRDAN HƏSƏNOV, LİBERETS





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right