"Neftçi" daha bir legioneri ilə bağlı qərar verdi

"Neftçi" mövsümün əvvəlində heyətinə qatdığı Jonas Pesalli ilə bağlı qərar qəbul edib.

 

Newsport.az xəbər verir ki, komandanın baş məş məşqçisi Elxan Abdullayev 26 yaşlı futbolçunun çıxışından razıdır. "Ağ-qaralar" braziliyalı yarımmüdafiəçi ilə qışda müqaviləni mövsümün sonuna qədər uzadacaq.

 

Xatırladaq ki, Pesalli "Neftçi" ilə 2,5 aylıq müqavilə imzalamışdı.

 

Əlavə edək ki, "Neftçi" yayda heyətinə cəlb etdiyi Katalin Tira, Dario Melnyak və Denilson Pereyra ilə yolları ayırıb. Elxan Abdullayev Vançe Şıkov və Krşevan Santinini də sərəncamında görmək istəmir.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right