Elxan Abdullayev: "Belə olacağını bilirdim"

Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt” öz meydanında "Neftçi”ni 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev fikirlərini bildirib: 
 
"Komanda bu gün çox zəif oynadı, heç nə alınmırdı. Ötürmələrdə çoxlu səhvlərimiz var idi”.
 
- Hesab 2:0 olanda komandada yorğunluq var idi. Bu, nədən irəli gəlir?
- Özünüz görürsünüz ki, ehtiyat oyunçular skamiyasında oyunu dəyişə biləcək futbolçumuz yoxdu. Belə olacağını bilirdim. Bizim oyunumuzda stabillik yoxdu.

- Qış transfer dönəmi üçün planlarınız necədi?
- Bəli, siyahımızda futbolçular var. Biz fasiləni gözləyirik. Ondan sonra nəsə danışa bilərəm. 
 
- Komandada əzmkarlıq yoxdu. Bunu aradan qaldırmaq üçün nə edəcəksiniz?
- Bu, futbolçuların özündən asılıdı. Yəqin ki, "Sumqayıt”ın futbolçuları bu əzmkarlığı başa düşürlər, ancaq bizim oyunçular yox. Əgər bu əzmkarlığı başa düşməsə, o,  bizim komandada oynamayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right