Zaur Svanadzedən qələbə şərhi

Azərbacan Premyer Liqasının XII turu çərçivəsində keçirilən "İnter" - AZAL matçı birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Newsport.az xəbər verir ki, qarşılaşmadan sonra "bankirlər"in çalışdırıcısı qələbəni şərh edib.
 
"Bilirsiz ki, cəza səbəbi ilə bir neçə oyunçumuz qarşılaşmada iştirak etmədi. Buna baxmayaraq, qələbə qazandığımız üçün şadam. Uşaqlar yaxşı oynadı. Oyundan və nəticədən razıyam. Qarşıda bizi iki çətin oyun gözləyir. Rauf Əliyevlə Mirhüseyn Seyidov sözügedən qarşılaşmalara qədər sağalacaqlar". (Futbol11.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right