Almaniya ikinci Bundesliqasında 13-cü turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” səfərdə “Hannover”lə qarşılaşıb.
Oyun “Aue”nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Nazarov 76-cı dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, ardıcıl dördüncü məğlubiyyətini alan “Aue” 10 xalla 17-ci yerdə qərarlaşıb.