Azərbaycan Premyer Liqasının XII turunda "Qarabağ” öz meydanında "Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.
Newsport.az-ın məlumatına görə, oyundan sonra baş tutan mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:
"Çətin oyun oldu. Çox vacib qələbə qazandıq. Hər oyun maksimum nəticə üçün meydana çıxırıq. Futbolçularım çox əziyyət çəkdi, ağır oyun keçdi. Milli komandalardan dönüşdən sonra çətin olur. "Slovan”la oyunöncəsi bu matç çox yaxşı oldu.
- "Qarabağ” intiazamı ilə seçilən komandadı. Bu gün sarı vərəqələrin sayı çox olmadı ki?
- Düz qeyd etdiniz. Hər oyundan əvvəl oyunçulara maksimum ehtiyatlı olmağı tapşırıram. Ancaq belə hallar olur, futbolçular əsəbi olurlar. Oyun bunu istədi. Bunu normal qarşılayıram. Düzdü, biz həmişə intizamı qorumağa çalışırıq.Ümid edirəm ki, bundan sonra belə hallar yaşanmayacaq.
- Bədavinin zədəsi barədə nə deyə bilərsiz?
- Bədavinin əzələsində problem var. Düşünürəm ki, "Slovan”la oyuna qədər hazır olacaq. Ancaq həkimlərlə danışacağıq və buna uyğun qərar verəcəyik.
- Bir neçə gün öncə fiziki məhdudiyyəti olan insanlarla görüşdüz. Əlil arabasında əyləşdikdə hansı hissləri keçirirdiz?
- Danışmaq çətindi. Biz sağlam gəzirik, onlar isə istədikləri hər şeyi həyata keçirə bilmirlər. Çətindi onlar üçün. Bu, mənim üçün insani keyfiyyətlərimi artırmaq baxımından çox böyük təcrübə oldu. Biz heç kəsdən artıq deyilik. O insanların hər birini çox sevdim.
- Namiq Ələsgərovun adının iştirak ərizəsində yer almamasına səbəb nədi?
- Dünən əvəzedici komandada oynayıb. Onun oyun təcrübəsinə ehtiyacı var. Əvəzedicidə pis oynamayıb. Onunla problemim yoxdu.