"Qarabağ"a qarşı belə oyun sərgiləmək ölümə bərabər bir şeydi"

Azərbaycan Premyer Liqasının XII turunda "Qarabağ” öz meydanında "Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.
Newsport.az-ın məlumatına görə, oyundan sonra baş tutan mətbuat konfransında "Kəpəz”in baş məşqçisi Şahin Diniyev fikirlərini bildirib:
 
"Komandamızda ciddi itkilər var idi. Bu gün ilk dəfə Tural Axundovu mərkəzdə sınadım, Novruz Məmmədova şans verdim. "Qarabağ”q qarşı layiqli mübarizə apardıq. Mənə elə gəlir ki, ikinci hissədə azarkeşlər darıxmadılar. Birinci hissəyə yox, ikinci hissəyə görə komandaya təbrik edirəm. Komandamız səfərdə və evdə yaxşı oynayır. "Qarabağ”a uğurlar arzu edirəm. Ümid edirəm ki, "Slovan” səfərindən yaxşı nəticə ilə qayıdacaq. Öz komanda gəlincə, Avrokubok yolundan çəkilməyəcik. Demək istəyirəm ki, biz həmin qatara gecikməmişik”.

- Bu gün qələbə yox, 1 xal qazanmamağınıza səbəb nə idi?
- Səmimi danışaq, bu gün "Qarabağ”a qarşı açıq oynamaq ölümə bərabər bir şeydi. Futbolçularıma görə yox, məğlub olduğumuza görə utanıram. Çox təəssüf ki, stabil oyun sərgiləyə bilmirik. Elə oyunlar var ki, həmin oyunlarda xal itirmək fiasko olur. Ancaq "Qarabağ”a qarşı oynamaq başqadı. "Qarabağ”la oyunda bütün futbolçular və məşqçilər imtahan verir. 
 
- Epizodların birində top tirə dəydi, və xəttə tərəf düşdü. Həmin epizod barədə nə deyə bilərsiz?
- Epizoda baxmamışam. Ancaq hakim epizoda daha yaxın idi və yəqin ki, düzgün qərar qəbul edib.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right