FIFA referilərimizin siyahısında yeni ad

2017-ci il üçün FIFA referilərinin adları təsdiqlənib. Uzun müddətdən sonra Azərbaycanın FIFA hakimlərinin siyahısında dəyişiklik olub.

Newsport.az-ın məlumatına görəyeni ildən ölkəmizi beynəlxalq arenada Əliyar Ağayev və Rəhim Həsənovla birlikdə Ömər Paşayev də təmsil edəcək.  


Paşayev bu siyahıda Orxan Məmmədovu əvəzləyib. 2014-cü ildən FIFA referisi olan Orxan Məmmədov beynəlxalq arenada 9 oyun idarə edib. O, sonuncu dəfə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Domjale" - "Lusitans" matçına təyinat alıb.   

1988-ci il doğumlu Ömər Paşayev 2012-ci ildən Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alır. İngilis və rus dillərini mükəmməl bilir.  

Qeyd edək ki, Ömər Paşayev müstəqil Azərbaycanın tarixində 13-cü FIFA referisidir.

cbcsport





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right