Eks "Xəzər Lənkəran"lı futbolçu Sadio Tounkara, Şüvəlan təmsilçisi AZAL ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
Newsport.az-ın məlumatına görə, futbolçu yeni həftədən komanda ilə məşqlərə başlayacaq. Bir müddət öncə isə onun "Şəmkir" klubuna keçidi gündəmdə olsa da, tərəflər maliyyə məsələsində razılaşa bilməmişdilər.
Qeyd edək ki, Tounkara 2012-2015-ci illərdə "Xəzər Lənkəran"da çıxış edib.