Elnur Cəfərov izlədi, komandası uduzdu

Xorvatiya ikinci liqasında 15-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası "Duqopolye" səfərdə "Solin"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Elnur Cəfərov hazırda U-21 yığmamızın Bakıda təşkil olunan təlim-məşq toplanışında iştirak etdiyi üçün komandasına kömək edə bilməyib.

Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 22 xalla 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right