DÇ-2018-in seçmə mərhələləsində Şimali İrlandiya millisinə 0:4 hesabı ilə məğlub olan Azərbaycan yığması bu gün vətənə qayıdıb.
Newsport.az xəbər verir ki, seçməmiz Bakıya xalsız qayıtsa da, əliboş dönməyib.
Belə ki, milli üzvlərini gətirən təyyarənin baqajında 8 ədəd televizor olub. Bu barədə məlumatı "Sky Sport" yazıb. Belə ki, oyun günü millimizlə Belfasta yollanan nümayəndə heyətinin üzvləri şəhərin elektron mağazalarının birinə baş çəkib.
Bu zaman isə mağazada olan son model televizor bizimkilərin diqqətini çəkib. Fürsətdən istifadə edən nümayəndə heyətinin üzvləri son model televizoru əldə ediblər. Nəticədə 8 televizor üçün 12 min funt-sterlinq xərclənilib. "Sky Sport" bizimkilərin bu addımına istehza ilə yanaşıb.
Qeyd edək ki, həmin şəxslər arasında futbolçular olmayıb.