"Kəpəz" millimizə qalib gəldi

Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranan fasilə müddətində "Kəpəz" yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə Şahin Diniyevin komandası bu gün “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşıb.

Oyun “sarı-göylər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə Orxan Əliyev və Şəhriyar Rəhimov fərqlənib. Fasilədən sonra isə Tural Nərimanov görüşdə son nöqtəni qoyub.
Sabah istirahət edəcək komanda üzvləri noyabrın 14-dən məşqləri bərpa edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right