DÇ-2018-in sçemə mərhələsində Şimali İrlandiyanın qonağı olan Azərbaycan millisinin qarşılaşmadan sonra vətənə qayıtması nəzərdə tutulsa da, bu, baş verməyib.
Newsport.az-ın məlumatına görə, yığma üzvləri üçün ayrılmış təyyarədə nasazlıq yaranıb.
Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə əlaqə saxladıq. Saytımıza açıqlama verən qurum rəsmisi bildirdi ki, problem artıq aradan qaldırılıb. Milli üzvləri axşam saatlarında vətənə qayıdacaq. Təyyarədə yaranan nasazlığa gəlincə, Kəsəmənski bu bərədə geniş məlumata sahib olmadığını qeyd etdi.
Bundan başqa AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə də danışdıq. Assosiasiya rəsmisi uçuş saatına qədər milli üzvlərinin hava limanının otelinə yerləşdirildiyini bildirdi.