Millimizin təyyarəsində nasazlıq!

Azərbaycan millisi Şimali İrlandiya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra hələ də Belfastdadır.
Newsport.az-ın məlumatına görə, səbəb yerli vaxtla saat 01:00-da uçuşa başlaması gözlənilən "Boeing 787 Dreamliner" təyyarəsində texniki nasazlığın üzə çıxmasıdır.

Təyyarədəki problemin nə zaman aradan qaldırılacağı bilinmir. Bu, tezliklə baş verməsə, Bakıdan yeni təyyarənin Belfasta göndərilməsi də mümkündür. Hələlik futbolçular və nümayəndə heyətinin üzvləri, o cümlədən, jurnalistlər Belfast Hava Limanındadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right