Azərbaycan millli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində növbəti oyununa keçirib.
Newsport.az-ın məlumatına görə, yığmamız səfərdə Şimali İrlandiyanın qonağı olub. İlk 3 turda məğlub olmayan, hətta qapısında qol görməyən Robert Prosineçkinin komandası uğurlu seriyasını çətin səfər oyununda davam etdirməyi bacarmayıb. Meydan sahibləri millimizi 4:0 hesabı ilə darmadağın edib.
DÇ-2018, seçmə mərhələ
C qrupu
IV tur
Şimali İrlandiya - Azərbaycan 4:0
Qollar: Lafferti, 27 (1:0), MkAuley, 40 (2:0), MkLauhlin, 66 (3:0), Brunt, 83 (4:0)