Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığma komandamız yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, Yaşar Vahabzadənin komandasının rəqibi "Qarabağ"ın əvəzediciləri olub.
Qarşılaşma Ağdam klubunun qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Şahin Əliyev vurub - 1:0.
Qeyd edək ki, yığmamızın növbəti rəqibi "Kəpəz" olacaq.