“Bu amil mənə hansısa əlavə ruh yüksəkliyi vermir” – Rahid Əmirquliyev

"Futbolçularımız hansı komandaya qarşı oynayaağımızı dərk edir. Bu, bizim ən vacib oyunlarımızdan birdir. Oyuna yaxşı hazırlaşmışıq, rəqibi lazımınca analiz etmişik. Öz oyunumuzu nümayiş etdirsək, yaxşı nəticə qazana bilərik”.

Newsport.az-ın məlumatına görə, bu sözlər milli komandamızın futbolçusu Rahid Əmiruqliyevə aiddi. 
 
"Qarabağ”ın futbolçusu DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya millisinə qarşı baş tutacaq oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirib. 
 
Yarımmüdafiəi bildirib ki, daha öncə də Şimali İrlandiyaya qarşı çıxış etməsi önəm kəsb etmir: "Bu oyunlar keçmişdə qalıb. Şimali İrlandiya indi daha yaxşı futbol sərgiləyir. Onlar bunu Avropa çempionatının final mərhələsində iştirak etməklə sübut ediblər. Anca Şimali İrlandiya kimi Azərbaycan da inkişaf edib. Bu oyunda yüksək motivasiyada çıxacağıq.  Ancaq əvvəlki oyunlar mənə hansısa əhval ruhiyə vermir”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right