Robert Prosineçki: "O, sabahkı oyunda mənim gizli silahım olacaq"

"Hər iki komandanı böyük oyun gözləyir. Seçmə mərhələyə yaxşı başlamışıq. Komandamızda yüksək motivasiya var. Bura gəzmək üçün gəlməmişik. Əlbəttə, çətin olacaq. Şimali İrlandiya zəif komanda deyil, rəqibin futbolçularının çoxu İngilərədə oynayır. Heyətdə itkimiz var, Rəşad oynamayacaq. Ümid edirik ki, Bakıya yaxşı nəticə ilə qazanacağıq”.
Newsport.az-ın məlumatına görə, bu sözlər millimizin baş məşqçisi Robert Prosineçkiyə məxsusdu. 
 
Millimizin DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya yığmasının qonağı olacaq. Oyundan öncə keçirilən mətbuat konfransında mütəxəssis fikirlərini bildirib:
 
- Bildiyimiz kimi, Rəşad Sadıqov müalicəsi üçün komandanın düşərgəsini tərk edib. Onun sabahkı oyunu izləmək şansı var?
- Bildiyiniz kimi, Rəşad uzun müddət zədəli idi. Bu dəfə də zədələndi və zədəsinin ciddi olduğu bəlli oldu. Bu gün Rəşadın durumu ilıə bağlı həkimlərlə görüşdüm. Bəlli oldu ki, kapitan təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Bu, bizim üçün çox ciddi itkidi. 
 
- Dəniz Yılmazla Ramil Şeydayev eyni zamanda meydana çıxsa, milliyə nə dərəcədə xeyir verə bilərlər?
- Bu barədə danışa bilmərəm. Amma Dəniz millimizə gəldiyi üçün çox şadam. O, səviyyəli futbolçudu. Onun Şimali İrlandiya ilə matçda oynamaq imkanı var. 
 
- Millinin oyunları xaricdə səs-küyə səbəb olub, azarkeşlər artıq hər oyunda komandadan qələbə gözləyirlər. Bunu sizin üçün təzyiq hesab etmək olar?
- Mən bura gələndə bilirdim ki, Azərbaycanın gücü var. Hiss edirdim ki, bu komanda ilə sürpriz edə bilərik. İndi o sürprizlərin vaxtıdı. Hazırda bütün Avropa bizim uğurumuzdan danışır. Sabah məğlub da ola bilərik, bu futboldu. Ancaq komandadan yaxşı futbol gözləyirəm. Məğlubiyyət mənim üçün faciə olmayacaq. 
 
- Heç kimə sirr deyil ki, Şimali İrlandiya atletik futbol oynayan komandadı və bizim millidə də bu problem var. Millimiz bu dəfə atletik futbol oynayan komandaya qarşı oynamağa hazırdımı?
- Mən əlimdə olan futbolçulardan istifadə edirəm. Təəssüf ki, Azərbaycanda belə oyunçular çox azdı. Sabah çalışmalıyıq ki, rəqib öz keyfiyyətlərindən istifadə etməsin. Onlarla öz futbolumuzu oynamağa çalışacağıq. Komanda fiziki cəhətdən yaxşı durumdadı. Çexiya və Norveçlə oyunlarda da bunu sübut etmişdik. Şimali İrlandiya atletik futbol oynasa da, onlara qarşı yaxşı mübarizə aparacağıq.
 
- Emin Mahmudovun start heyətdə olması bizim üçün çox maraqlıdı. Klubunda oynamayan və oyun praktikası az olan futbolçu komandamıza necə xeyir verə bilər?
- Mən onda yaxşı keyfiyyətlər görmüşəm. Emin özünü məşqlərdə yaxşı tərəfdən göstərib. Mahmudov sabahkı oyunda mənim gizli silahım olacaq. Ola bilər ki, ümidlərimi doğörultmasın və oyunun gedişində onu əvəzləyim. Ancaq ümid edirəm ki, Emin ondan gözlədiklərimi artıqlaması ilə verəcək. Gəlin, sabahkı oyunu gözləyək, oyundan sonra danışmaq üçün çox vaxtımız olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right